​Maral türk mahnısını BELƏ BƏRBAD ETDİ - VİDEO

Baxış sayı:
7023

Müğənni Maral Tahirqızının yeni videosu yayılıb. Videonu müğənni İnstaqram səhifəsindən paylaşıb. Videoda Maral “Bile-bile sevdim” türk mahnısını ifa edib. “Sevənlər üçün karaoke ilə canlı oxumaq düşdü könlümə.”- deyə əlavə edib. “Yeddi oktava” səsi olduğunu iddia edən müğənni demək olar ki, mahnını tanınmaz vəziyyətə salıb. İzləyicilər tərəfindən tənqid olunan müğənniyə “Vay nənə, başım şişdi”, “Niyə belə qışqırıb, özünə əziyyət verirsən”- kimi şərhlər yazılıb. Hətta müğənnini lağa qoyanlar da tapılıb. “Ay Maral səninlə kimsə zarafat edib ki, səsin var. Sən Allah inanma”- deyə rəy bildiriblər. Xatırladaq ki, Maral Tahirqızı bir müddət öncə “insan alveri” ittihamı ilə məhkum həyatı yaşayıb./olke.az