Maral Tahirqızının ölüm xəbəri YALAN ÇIXDI - AÇIQLAMA / YENİLƏNDİ

Baxış sayı:
18394

Maral Tahirqızı avtomobil qəzasında ölməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Publika.az xəbər verir ki, müğənni bildirib ki, bir il əvvəl qəza keçirdiyi doğrudur. Lakin bu yaxınlarda heç bir qəza hadisəsi baş verməyib. “Sağam və yaxşıyam” deyən müğənni instaqramda bu barədə geniş açıqlama verəcəyini qeyd edib. İddia olunur ki, yalan məlumatları Səbuhi Xanlarov piar məqsədi ilə yayıb. *** Müğənni Maral Tahirqızı (Gülməmmədova Maral Tahir qızı) vəfat edib. BiG.AZ xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Məlumata görə, M.Tahirqızı bu gün səhər saatlarında yol qəzasında dünyasını dəyişib. Qeyd edək ki, Maral Tahir qızı 2015-ci ildə barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin oktyabrında azadlığa çıxıb.