​Maral Akşənər nə qədər SƏS TOPLAYA BİLƏR?

Türkiyədə yeni yaradılan Maral Akşənərin İYİ Partiyasının səs toplama potensialı açıqlanıb.
Bu barədə yerli ANAR araşdırma şirkəti informasiya yayıb.
Araşdırma şirkətinin rəhbəri İbrahim Uslunun sözlərinə görə, partiya qurulmadan bir qədər əvvəl aparılan sorğunun nəticələri Akşənərin səs toplama potensialının 20 faizə yaxın olduğunu göstərib.
“Bu potensial səs faizi də bu qədər olacaq anlamına gəlmir. Heç vaxt səs vermərəm və böyük ehtimalla səs verməyəcəm deyənləri kənara qoysaq, təxminən 20 faiz ətrafında səs toplama potensialı mövcuddur”, - Uslu deyib.
Seçicilər üçün partiya proqramlarının deyil, müxtəlif məsələlərdəki iradənin və namizədlərin vacib olduğunu bildirən Uslu İYİ Partiyanın mərkəz sağdakı boşluğu doldurmaq iddiası barədə də danışıb:
“Qayı boyunun bayrağını simvol kimi seçdiyiniz zaman kürdlərə “mənə səs verməyin” demiş olursunuz. Kürdlərin səsini toplamayan bir mərkəz sağ partiya mümkün deyil”.
Qeyd edək ki, İYİ Partiyasının xarici xüsusi xidmət orqanlarına bağlılığı barədə iddialar səsləndirilir.