​Maradonanın bura gəlişi Qaqarinin kosmosa... - Nexayçik

Baxış sayı:
5770

Belarusun “Dinamo” klubunun yarımmüdafiəçisi Pavel Nexayçik Dieqo Maradonanın Brest təmsilçisinin sükanı arxasına keçməsinə münaibət bildirib.
Muxalifet.az-ın məlumatına görə, futbolçu bildirib ki, Maradonanın gəlişi onlar üçün əsl sürpriz olub:
“Biz özümüz də bütün xəbərləri internetdən oxuyuruq. Klubun belə bir məşqçini gətirməsi böyük hadisədir. Bu, bizim üçün əsl süpriz oldu. Maradonanın “Dinamo”ya gəlişi Yuri Qaqarinin kosmosa uçması kimi bir şeydir. Əvvəlcə hamı elə bilirdi ki, bu, zarafatdır, təyinat mümkün deyil. İndi isə biz yaxşı fotoaparat almalıyıq ki, Dieqo ilə görüşdə şəkil çəkdirə bilək”.
Qeyd edək ki, Maradonanın son klubu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fudjeyra" klubu olub.