​Maradona qızını həbs etdirmək istəyir

Maradona qızı Caninnanı məhkəməyə verməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə Maradonanın vəkili Matias Morla açıqlama verib.
“Caninnanın atasının bank hesabı ilə əməliyyatlar apardığı barədə bizdə sübut var. Biz onun həbsinə nail olmaq istəyirik", - deyə vəkil bildirib.
Maradonanın qızı Caninna isə Tvitter vasitəsilə məsələyə fərqli formada cavab verib.
“Mən ona ən pis şeyləri bağışlayıram. Bu gün də mən onu edəcəm. Bizim aramızda böyük məsafə var, lakin mən ona sevgimi göndərərək təşəkkür edirəm, çünki məhz onun köməyi ilə mən kim olmaq istədiyimi seçə bilmişəm”, - Caninna yazıb.