​"Mançester Yunayted"in Joze Mourinyoya ödədiyi təzminat - RƏQƏM AÇIQLANDI

Baxış sayı:
4456

İngiltərənin "Mançester Yunayted" klubunun komandanın sabiq baş məşqçisi Joze Mourinyoya ödədiyi təzminat məlum olub.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 56 yaşlı mütəxəssis və onun köməkçilərinə 19.6 milyon funt sterlinq (22.3 milyon avro) ödəyib.
Qeyd edək ki, Joze Morinyo 2018-ci il dekabrın 18-də "Mançester Yunayted"dəki baş məşqçi postundan ayrılıb. Portuqaliyalı məşqçi 2.5 il ərzində "qırmızı şeytanlar"a rəhbərlik edib. O, bu müddətdə İngiltərə Liqa Kuboku, Avropa Liqası və İngiltərə Super Kubokunun sahibi olub.