​“Mançester Yunayted”in futbolçusu sürətdə hakimə uduzdu – VİDEO

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Çelsi” – “Mançester Yunayted” qarşılaşmasında qonaqların yarımmüdafiəçisi Cessi Linqard görüşün baş hakimi 39 yaşlı Entoni Teylorla eyni yerdən start götürməsinə baxmayaraq sürətdə ona uduzub.
Muxalifet.az-ın xəbərinə görə, video “Footy Humour” Twitter hesabında yerləşdirilib.
Matç London təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 24 yaşlı C. Linqard oyuna 78-ci dəqiqədə daxil olub. Ümumilikdə, o, cari mövsümdə Premyer Liqada doqquz oyunda meydana çıxıb.
11 turdan sonra “Mançester Yunayted” 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Çelsi” 22 xalla dördüncüdü