"Mançester Yunayted" Joze Mourinyonu qovdu

Baxış sayı:
5236

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.
Muxalifet.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib.
Portuqaliyalı mütəxəssis 2016-ci ildən “qırmızı şeytan”ların baş məşqçisi vəzifəsində çalışır. “Mançester Yunayted” 55 yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanıb. Klub, həmçinin ötən il UEFA Avropa Liqasının çempionu olub.