​"Mançester Siti"nin avtobusu hücuma məruz qaldı

Baxış sayı:
5068

Liverpulda Çempionlar Liqasının matçı ərəfəsində yerli futbol klubunun azarkeşləri “Mançester Siti”nin avtobusuna hücum ediblər.
Muxalifet.az xəbər verir ki, avtobus stadiona yaxınlaşarkən azarkeşlər avtobusa müxtəlif şüşə qablar və pirotexniki vasitələr atıb. Hadisə ilə əlaqədar “Liverpul” klubunun UEFA tərəfindən cəzalandırılacağı ehtimal edilir.
Çempionlar Liqasının 1/4 mərhələsi çərçivəsində “Liverpul” – “Mançester Siti” matçı “Enfild” stadionunda keçirilir(apa).