“Manat dəyərdən düşəcək, infilyasiya...” - EKSPERTDƏN ŞOK AÇIQLAMA

Baxış sayı:
12505

"Problemli kreditlərin həllilə yeni vəsaitlərin bazara daxil olması inflyasiya prosesini, qiymət artımının sürətini qaldıracaq, həm də valyutaya tələbin artması fonunda bir müddət sonra məzənnə basqısı yaradacaq, manatın sabitliyi pozulacaq”
Sfera.az-a açıqlamasında bunu artıq həllinə başlanılan problemli kreditlərlə bağlı məsələnin bu günə qədər sadalanan müsbət tərəflərilə yanaşı hansı mənfi çalarlara rəvac verə biləcəyinə aydınlıq gətirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
Image result for Natiq Cəfərli
"Fərmandan irəli gələrək problemli kredit məsələsinin həllinə başlanılması fonunda likvidliyin artması və pul dövriyyəsinin yüksəlməsi, Azərbaycanın iqtisadi strukturunu nəzərə alsaq, əslində valyutaya tələbatın artımına gətirib çıxaracaq. Yəni proses ciddi şəkildə valyutaya tələbat yaradacaq. Son zamanlar bu hal müşahidə edilməkdədir. Keçən ilin müvafiq dövrünə nisbətən bu ilin martına qədər ölkəyə idxal olunan malların həcmində təxminən 1 milyard dollarlıq artım var. Bu da onu göstərir ki, dollara tələbat artıb. Dövriyyənin çoxalması və ticarət aktivliyinin artımı valyutaya olan tələbatı da artıra bilər. Likvidliyin bazara daxil olması, həm inflyasiya prosesini, qiymət artımının sürətini qaldıracaq, həm də valyutaya tələbin artması fonunda bir müddət sonra məzənnə basqısı da yaradacaq. Bu da nəticədə iki ilə yaxındır manatın sabit olan mövqeyində müəyyən dəyişikliyə gətirib çıxarar. Likvidliyin daha da artması və bankların bazara milli valyuta ilə daha çox vəsait daxil etməsilə bir müddət sonra məzənnə ilə bağlı problemlər yaşana bilər”.
Qeyd edək ki, fevralın sonlarında Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncama uyğun olaraq may ayının sonuna kimi problemli kreditlərin həlli fonunda vətəndaşlara dövlət tərəfindən böyük həcmdə vəsait qaytarılacaq. Hansı ki, qaytarılacaq vəsaitin həcminin ümumilikdə 1 milyard manatdan çox olduğu bildirilir.