Manafdan bakirəliklə bağlı QALMAQALLI AÇIQLAMA - “Yengə lazım deyil” - Video

Baxış sayı:
14567

“Qız evlənmədən bakirə deyilsə, mən həmin xanımı evimə gətirmərəm” – Bu sözləri müğənni Manaf Ağayev APA TV-nin “Tahirə ilə gecə söhbətləri” adlı verilişində qonaq olarkən söyləyib.

Belə ki, adət-ənənə mövzusunda müzakirələrə qoşulan ifaçı bəzi adətlərin yersiz olduğunu bildirib:

"Elə adət-ənənələrimiz var ki, bizə yaraşmaz. Yengə lazım deyil. Burada çox şey var, efirdə demək olmur. Onun çox biabırçı izahını verərdim... Bunlar bir-birlərini sevib evləniblərsə, onun orada gözləməsinə nə ehtiyac var?

Qız evlənmədən bakirə deyilsə, mən həmin xanımı evimə gətirmərəm. Amma həyat yoldaşı rəhmətə gedibsə, xasiyyətləri uyğun gəlməyib ayrılıbsa, problem yoxdur. Təki oğlum sevsin, qəbulumdur. Cəmiyyət indi dəyişib, belə şeylərə pis baxmır”.