Maltada öldürülən jurnalistin Azərbaycanla BAĞLANTISI... – Qətlin arxasındakı SİRR PƏRDƏSi!

Bazar ertəsi günü “Malta İndependent” qəzetinin reportyoru Dafna Karyuna Maltada qətlə yetirilib. Hələlik, polis bununla bağlı hər hansı versiya səsləndirməyib, lakin hadisənin xarakterri – 53 yaşlı jurnalist xanıma məxsus avtomobilin partlaması – sifarişli qətl gümanını doğurur.
Avtomobil partlaması nəticəsində həlak olmuş maltalı jurnalistin oğlu baş verənlərlə əlaqədar mafiya dövləti adlandırdığı Malta hakimyyətini ittiham edib.
Həlak olmuş qadının oğlu Metyü Karuana Qalitsiya bəyan edib: “Mənim anam qanunun aliliyini pozmaq istəyənlərin yolunda durduğu üçün qəsdən qətlə yetirilib”.
Özü də jurnalist işləyən Metyü Karuana Qalitsiya deyib: “Dövlət strukturları öz vəzifələrini yetinə yetirə bilməyəndə, çox vaxt jurnalist qanuna riayət eləməyə çağıran yeganə insan olur”.
O, həmçinin, ölkə hakimiyyətinin Maltanı beynəlxalq arenada liberal Qərb dövləti kimi göstərmək cəhdlərini tənqid edib.
O yazıb: “Görün, nə vəziyyətə düşmüşük: şəxsiyyət vəsiqəsində cinsi mənsubiyyətini dəyişdirməyə icazə verilən mafioz dövlətdə (buna da şükür!) öz təməl hüquq və azadlıqlarını tələb elədiyin üçün səni parçalayarlar”.
Malta hökuməti jurnalist qadının qətlinin araşdırılması üçün Amerikanın Federal Təhqiqat Bürosuna müraciət edib.
 
Dafna Karuanu Azərbaycan üçün kimdir?
 
“Malta İndenpendent” qəzetinin reportyoru Beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu (İCİJ) ilə “Cəmiyyətdə dürüstlük mərkəzi”nin (CPİ) layihəsi çərçivəsində və “Panama Papers” məlumat mazasının əsasında ölkə hakimiyyətinin mümkün korrupsiya əlaqələrinin araşdırılması ilə məşğul olurdu.
Materialların əsasında Qalitsiyanın və oğlunun yazıları 2017-ci ildə Maltada indiyə qədər davam edən hökumət böhranına səbəb oldu – “Panama dosyası”nda Maltanın vəzifədə olan iki nazirinin adı hallanır, BƏƏ, Səudiyyə Ərəbistanı, Mərakeş və Şərqi Avropadakı korrupsionerlərlə əlaqədə ittiham edilirlər.
Xanım Qalistiyanın “Malya İndependent”dək nəşrləri daha çox məşhurdur, onlarda Malta hökumətinin ik nazirinin – Konard Mitsi ilə Kit Skembrinin, həmçinin Maltanın baş naziri Cozef Muskatın həyat yoldaşı Mişel Muskatın Azərbaycandan olan sahibkarlar və məmurlarla əlaqələri təsvir edilir.
Maraqlı faktdır ki, Malta hakimiyyətinin özü baş nazir Cozef Muskatın şəxsində adada yetişməkdə olan “Rusiya sui-qəsdi” barəsində xəbər verib. Muskatın sözlərinə görə, ABŞ-ın MKİ-si və Britaniyanın MI6 kəşfiyyatı, Malta Təhlükəsizlik Xidmətindəki həmkarlarına Moskvanın yerli seçki kampaniyasına müdaxiləsi təhlükəsi barəsində xəbərdarlıq ediblər. Cənab Muskat Britaniya və Amerika xüsusi xidmət orqanlarına istinad edərək bildirib ki, söhbət Kremlin Malta hakimiyyətinin verdiyi iki qərara görə, onlardan qisas almaq niyyətindən gedir. Birinci qərar 2016-cı ilin oktyabr hadisələrinə aiddir – o vaxt Malta, “Admiral Kuznetsov” kreyserinin başçılıq elədiyi Rusiya Hərbi Dəniz Donanmasının aviadaşıyıcı qrupunun gəmilərinin öz limanında yanacaq doldurması müraciətini rədd eləmişdi.
İkincisi isə Ukrayna vətəndaşları üçün Avropa İttifaqında vizasız rejim barəsində qanunverici aktla bağlıdır – mayın 17-də bu aktın imzalanması daha çox, Maltanın Aİ Şurasındakı nümayəndəsinin səyləri sayəsində baş tutmuşdu.
 
“Bir güllə ilə üç dovşan”
 
Malta hökumətinin Rusiyaya qarşı ittihamları əsassız deyil. Maltanın baş nazirinin MKİ və Mİ6-nı cinayətin təhqiqatına cəlb eləməsi, hakimiyyətin öz mülahizələrinə qəti inamları olduğunu göstərir, əks halda onlar bu addımı atmazdılar. Rusiyanın bu addım üçün səbəbləri olduğu və bunun onun bəzi problemlərini həll edəcəyi faktı nəzərə alınsa, bu tezis daha da inandırıcı görünür.
Ondan başlayaq ki, bu gün nə Avropada, nə də dünyanın başqa yerində Rusiya xüsusi xidmət orqanlarının Avropa dövlətlərinin siyasi partiyalarının siyasi dairələrinə nüfuz edə bildikləri sirr deyil. Beləliklə, onlar hər şeyə, bu və ya digər ölkənin daxili siyası situasiyasına, bu və ya digər Avropa təşkilatının qərarlarına təsir edə bilirlər, bu vasitə ilə bu və ya digər dövlətə təzyiq göstərir, həmçinin, öz problemlərini həll edirlər. Məsələn, AŞPA-nın antiazərbaycan qətnaməsini götürək – nəticədə bu qətnamə Rusiyanın işinə yarayır. Bunda təsadüfilik görmək – siyasi proseslərdə ümumiyyətlə, heç nə görməmək deməkdir.
İlk baxışda Rusiyanı jurnalist Dafne Karuanunun ölümündə təqsirləndirmək utopik və gülməli görünür, amma yap-poz oyunundakı kimi bütün parçaları yerinə qoyub birləşdirəndə, mənzərə daha aydın görünür. Ondan başlayaq ki, jurnalist Dafne son zamanlarda Maltanın amerikapərəst hakimiyyətinin Azərbaycanla korrupsiya qalmaqalındakı iştirakını araşdırmaqla məşğul olurdu. Digər tərəfdən, Rusiya Maltada özünün dəstəklədiyi müxalifəti hakimiyyətə gətirmək istəyir. Beləliklə, Rusiya bir zərbə ilə birdəfəyə bir neçə problemi həll edir.
Əvvəla, bu zərbə seçkiqabağı kampaniyada Malta hakimiyyətinə vurulur və bununla da rusiyapərəst müxalifət güclənir.
İkincisi, Azərbaycan rəhbərliyi güclü beynəlxalq təzyiq altında qalır və o da şübhəlilər siyahısına düşür, bu da Azərbaycana yeni təzyiq pəncərəsi açmış olur.
Digər bir diqqətçəkən fakt odur ki, cari ilin sentyabrında böyük rezonans doğuran “Azərbaycan landromatı” materialı dərc edilib və Rusiyanın bütün federal KİV-də dərc olunub. Bu nə demək ola bilərdi? Təzyiq deyilmiydi? Bəs onda nə idi?

Burada haqlı bir sual meydana çıxır: Onsuz da Kreml ilə isti münasibətləri olan Azərbaycana təzyiq göstərmək Rusiyanın nəyinə lazımdır? Problem ondadır ki, Ukrayna böhranı Kremli güclü şəkildə qəzəbləndirib və o, sərhədindək daha bir ölkəni itirməyə hazırlaşmır. Digər tərəfdən Azərbaycan rəhbərliyi Qərblə münasibətlərində yeni səviyyəyə çıxmağa cəhd edir, amma bu, Rusiyanın xoşuna gəlmir və buna görə də, Azərbaycanın Qərbdə, eyni zamanda Qərbin Azərbaycanda diskreditasiyası prosesi gedir.
Kremlin bu addımlarını hardasa başa düşmək olar, belə ki, onlar burada öz milli və dövlət maraqlarını görürlər. Halbuki, bəzi Azərbaycan məmurlarının və jurnalistlərinin belə mövqe tutması satqınlıq və ölkəyə xəyanətdir.
Jurnalistlərdən danışsaq, bu mənada Xədicə İsmayılovanı qeyd etməyə dəyər. Adamı mat qoyan odur ki, bu qərbpərəst, liberal jurnalist, Qərb dəyərləri örtüyü altında Rusiya xüsusi xidmət orqanlarının oyununu oynamağın yolunu tapıb – ola bilsin ki, heç özü də bundan şübhələnmir.
Xədicə İsmayılova Dafne ilə dostluq və əməkdaşlıq edirdi, “THE GUARDIAN” qəzetində dərc edilmiş antiazərbaycan materialındakı araşdırmanı öz üzərinə götürüb – burada Rusiya xüsusi xidmət orqanları da iştirak eləmişdi və izləri görünürdü. Buradan belə nəticə çıxır ki, ya Xədicə Rusiya xüsusi xidmət orqanlarının oyununu oynayır, ya özü də başa düşmədən qeyri-ixtiyari bu oyundadır və o, öz fəaliyyətində ehtiyatlı olsa yaxşıdır. Xədicənin bu oyunu Azərbaycan-Qərb münasibətlərinə sərf eləmir, əksinə yalnız Azərbaycanı Rusiyaya sarı itələyir.
 
KƏNAN