“Malorusiya”dan vaz keçildi

Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko yeni yaradılacaq dövlət üçün nəzərdə tutulan “Malorusiya” adından imtina etdiklərini açıqlayıb.
 
Bu barədə “Donetsk” xəbər agentliyi informasiya yayıb.
“Bir çox etirazlara səbəb olduğu üçün artıq demək olar ki, “Malorusiya” adı olmayacaq. Gələn bir çox maraqlı təklif və şərhlər göstərdi ki, bu müzakirələr əbəs yerə başladılmayıb. Ukraynanın yeni əsaslarla bərpa olunması fikri ictimaiyyətin böyük marağına səbəb oldu”, - Zaxarçenko bildirib.
Qeyd edək ki, ötən ay Zaxarçenko Malorusiya adlı yeni dövlət yaradacaqlarını elan etmişdi.