"MALİYYƏ YASTIĞIMIZ" ƏRİYİR - ARDNF-dən büdcəyə transfert 8% artırılır

Baxış sayı:
2212

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin məbləği 850 milyon manat və yaxud 7,5% artırılır.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Beləliklə, Fonddan büdcəyə transfertin məbləği 11 350 milyon manatdan 12 200 milyon manata çatdırılır.