​Maliyyə Nazirliyinə qarşı rüşvət ittihamı- TƏHSİL ŞÖBƏLƏRİNDƏN PUL YIĞILIR

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən, iş planına uyğun olaraq, 2016-cı ilin birinci yarısında Azərbaycan Respublikası Təhsil Nazirliyinin  bir sıra rayon təhsil şöbəsində maliyyə-təsərrüfatının fəaliyyətinin təftişiylə əlaqədar apardığı yoxlamalar yerlədə narazılıqla qarşılanır. Bu haqda sosial şəbəklərdə də informasiyalar verilib.
Gununsesi.info-ya Tərtər və Bərdə rayonundan daxil olan məlumata əsasən, yoxlamaların “ugurlu” başa çatması üçün  məktəblərdən kütləvi şəkildə kifayət qədər iri məbləğ yığılır. Belə ki, kənd və şəhər statusuna uyğun olaraq, olmaqla hər məktəbdən alınan məbləğ yerinə görə fərqlənir: “Ötən il Tərtər rayonunda səhiyyə təşkilatlarında yoxlamalar gedirdi. O zaman da xəstəxanalardan tələb olunan məbləğ həkimlərdən alınırdı. Hər bir tibb işçisi 1 aylıq əmək haqqını təftişçilərini “hörmətini” edəcək şəxsə çatdırırdı. Hazırda məktəblərdə də eyni hal yaşanır. Məktəb direktorları onlardan tələb olunan vəsaiti özləri ödəmək iqtidarında olmadıqları üçün müəllimlərdən  kütləvi şəkildə toplamaq məcburiyyətindədirlər. Kənd məktəblərindən bu məqsədlə 4-5 min manat arası pul yığılır. Onsuzda ehtiyac içində yaşayan müəllimlər isə bundan narazıdırlar. Borsunlu kəndində bu məbləğ tam çatmadığı üçün cərimələr edilib”-,deyə o bildirib.
 Mənbənin verdiyi məlumata görə, Maliyyə Nazirliyinin yoxlama aparan əməkdaşları üçün   Bərdə, Gəncə və digər rayonların təhsil sistemində işləyən kollektivlərindən üst-üstə 1,5 milyon manat yığılıb.
İstirahət günü olduğundan məsələyə Maliyyə Nazirliyindən münasibət öyrənmək  mümkün olmayıb.
Gununsesi.info