​MAL-QARA OĞRULARI HƏBS EDİLDİ

Soyğunçuluq etməkdə şübhəli bilinən iki şəxsin 3 baş inək oğurladığı da məlum olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vasif Məmmədəliyev və Elməddin Abbasov tutulub. Belə ki, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 6-da Beyləqan rayon sakini Kəmaləddin Vəliyevlə birgə Mətləb Hüseynova məxsus yardımçı təsərrüfatdan 3 baş inək oğurlamaları da müəyyən edilib.
Görülən tədbirlərlə onlarla əlbir olan Kəmaləddin Vəliyev də tutulub.