Maksim Medvedev “Sevilya” ilə oyunu buraxacaq? - Açıqlama

Baxış sayı:
10771

AVRO-2020-nin seçmə mərəhələsində Xorvatiya yığması ilə qarşılaşmada Azərbaycan yığmasının və “Qarabağ”ın 2 futbolçusu – Maksim Medvedev , Rahil Məmmədov zədə alıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Yeni Sabah”a açıqlamasında onların “Sevilya” ilə keçirilən qarşılaşmada iştirak edib-etməyəcəkləri barədə sualımızı cavablandırıb:

“Onlar millinin düşərgəsindən gələndən sonra rebalitasiya keçiblər. Hələ ki, onların durumu bəlli deyil. Oyunda iştirak edib-etməyəcəkləri yaxın günlərdə bilinəcək”.

Qeyd edək ki, “Qarabağ” bu il Avroliqanın qrup mərhələsinin ilk oyununda “Sevilya” ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matça yerli vaxtla 20:30-da start veriləcək.