Makronun ümumavropa ordusu yaratmaq təklifini Tramp "ÇOX TƏHQİREDİCİ” ADLANDIRDI

Baxış sayı:
1315

Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun ABŞ, Rusiya və Çindən müdafiə olunmaq üçün ümumavropa ordusu yaratmaq təklifini “çox təhqiredici” adlandırıb. Amerikanın rəhbəri “Tvitter”dəki səhifəsində yazıb: “Fransa prezidenti Emmanuel Makron ABŞ, Rusiya və Çindən müdafiə olunmaq üçün Avropanın öz silahlı qüvvələrini yaratmasını təklif edib. Bu, çox təhqiredicidir, lakin ola bilsin ki, Avropa əvvəlcə özünün NATO-dakı ABŞ tərəfindən subsidiya verilən payını ödəsin!"
Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Makron ABŞ-dan asılı olmayan “ümumavropa, o cümlədən, kibertəhlükəsizlik ordusu”nu yaratmağı təklif edib. Fransa prezidenti qeyd edib ki, Avropa öz daxilində gedən dramatik proseslərə və kiber məkana çoxsaylı müdaxilə cəhdləri ilə qarşılaşır.
Büdcəsinin nəhəng qismini ABŞ-ın ödədiyi NATO xərclərinə Trampın mənfi münasibəti bütün dünyaya bəllidir. O dəfələrlə bəyan edib ki, müttəfiqlər “müdafiə” üçün ABŞ-a daha çox pul ödəməlidirlər.