Makronun iddialarını heç vaxt qəbul etməyəcəyik - Türkiyə

Baxış sayı:
8170

Fransa Prezidenti Emmanuel Makronun 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr barəsində tarixi və hüquqi əsaslardan məhrum və əsassız iddialarını heç vaxt qəbul etməyəcəyik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə AKP sözçüsü Ömər Çəlik çıxış edib.
Çəlik bildirib ki, Fransa ilk növbədə Benin, Burkina-Faso, Qabon, Qvineya, Kamerun, Mavritaniya, Niger, Seneqal, Tunis və Çadda bəşəriyyətə qarşı törətdiyi cinayətlərlə üzləşməlidir. Makronun qərarı Fransa-Türkiyə arasındakı münasibətlərə də kölgə salır.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nün ölkəsində qeyd olunması barədə qərar qəbul edib.