“Makronun çıxışı banlayan xoruza bənzəyir” – Çavuşoğludan sərt tənqid - Video

Baxış sayı:
18592

"Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə dil uzatmaqla həddini aşır".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Makronun Türkiyədə insan haqları ilə bağlı açıqlamasını şərh edərkən bildirib:

“Makron ölkəsində neçə miqrantı qəbul edib? Onun yerinə PKK və YPG-çiləri Yelisey sarayında qəbul edib. Məncə hazırda Fransa Türkiyəni tənqid edə biləcək ən son ölkədir. Makronun çıxışı ayağı natəmiz yerdə olan xoruzun banlamasına bənzəyir”.