Makrondan yeni təşəbbüs: İRANLA NÜVƏ MÜZAKİRƏLƏRİ

Baxış sayı:
2590

Fransa prezidenti Makron, “İran ilə nüvə müzakirələrinə dair bu andan etibarən yeni bir nüvə müqavilə məsələsində işləmək istəyirik. Orta Şərq kontekstində İranla yeni danışıqlarda Türkiyə ilə Rusiyanın da iştirakı lazımdır” deyib.
 
ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə birgə mətbuat toplantısında iştirak edən Fransa prezidenti Emmanuel Makron, İranla yeni bir nüvə müqaviləsi danışıqları üçün ABŞ ilə birlikdə çalışmaq istədiklərini və bu müqavilə üçün aparılacaq danışıqlara Türkiyə ilə Rusiyanın da qatılması lazım olduğunu söyləyib.
ABŞ prezidenti Tramp ilə Fransa prezidenti Makron, Ağ Evdə həyata keçirdikləri birgə mətbuat konfransında, İranla nüvə müqaviləsi və Suriya məsələsi ilə bağlı bəyanatlar verib.
 
TÜRKİYƏ İLƏ RUSİYANIN DA QOŞULMASI LAZIMDIR
 
İranla nüvə müqavilə məsələsinin diplomatik yollarla həll edilməsi lazım olduğunu düşündüklərini bildirən Makron, "Bu andan etibarən İranla yeni bir (nüvə) müqavilə məsələsində işləmək istəyirik. Orta Şərq kontekstində İranla yeni danışıqlarda Türkiyə ilə Rusiyanın da iştirakı lazımdır" deyə, bildrib.
İranla nüvə müqaviləsinin çox pis bir müqavilə olduğunu dilə gətirən ABŞ prezidenti Tramp isə müqavilənin taleyi ilə bağlı işi davam etdirdiklərini və Fransa ilə bu sahədə çox səmərəli görüşlər keçirdiklərini bildirməklə kifayətlənib.
Müxalifət.az