​Makrondan İran açıqlaması: Müharibə...

İran və P5+1 ölkələri arasında 2015-ci ildə imzalanan nüvə razılaşması mühafizə edilməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa lideri Emmanuel Makron deyib.
O bildirib ki, sözügedən razılaşmaya müəyyən düzəlişlərin edilməsi labüddür:
“Bu razılığın ləğv edilməsi ilə bağlı veriləcək qərar ya dərhal müharibəyə, ya da Şimali Koreyadakı duruma bənzər mənzərə yaradacaq. 2015-ci ildə imzalanan razılaşma tam əhatəli olmadığından, müqaviləyə yeni müddəların salınması gərəkdir”, - dövlət başçısı bildirib.