​MAKRON "ZEYTUN BUDAĞI"NI HƏZM EDƏ BİLMƏDİ

Baxış sayı:
6637

Muxalifət.az xəbər verir ki, Türkiyənin “Zeytun budağı” əməliyyatını həzm edə bilməyən Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Afrin və Suriya ilə bağlı görüşlər keçimək üçün qısa müddət ərzində Rusiya və İrana səfər edəcəyini bildirib: “Fransa prezidentinin tələbi ilə bütün əsas fiqurlarla görüşmək üçün qısa müddət ərzində Moskva və Tehrana gedəcəyəm”.
Bundan əvvəl isə Fransa prezidenti Emmanuel Makron Türkiyənin apardığı əməliyyatlarla bağlı tənqidlər səsləndirmişdi.
Sputnik agentliyinə müsahibə verən moskvalı bir diplomat fransız nazirin gələn həftə Rusiyaya səfər edəcəyini gözlədiklərini bildirib.
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Suriyanın humanitar fəlakətlə üzbəüz qaldığını söyləyib./Hurriyyet.org