MAKRON YALAN DANIŞIR - ÇAVUŞOĞLU

Baxış sayı:
1081

Çavuşoğlu: Makronun söhbətləri yalandır. Bir Prezidentə yaraşan açıqlamalar gözləyirik. Kimyəvi silahların da, nüvə silahlarının da əleyhinəyik.
 
Çavuşoğlu: “Təəssüf ki, (Makronun açıqlamaları) bir çox Avropalı dostumuz populizmə üstünlük verirlər. Fransa prezidentinin verdiyi açıqlamalar da fərqli ölkələr tərəfindən təkzib edildi. Bir prezidentə yaraşan açıqlama gözləyirik. Ankarada üçlü zirvə keçirilmədən öncə Makron sammitə qatılmaq istədiyini söylədi. Prezidentimiz, Ruhani və Putinə zəng etdi. Rusiya bir problem yoxdur, dedi. İran isə üçlü iclasımızı keçirək, sonra 3+1 şəklində toplanarıq. Üçlü toplantıya daxil edilmədiyi üçün də gəlmədi. Bunları açıqlamaq məcburiyyətində qalmamalıydıq, amma həqiqəti deməliyik.
 
RUSİYA İLƏ MÜNASİBƏTLƏRİMİZ ÇOX YAXŞIDIR
 
Biz kimyəvi silahların da əleyhinəyik, Əsəd rejiminin cəzalandırılmasını da hər dəfə tələb edirik. Kimyəvi silahların işlənilməsiylə bağlı bütün dəlillərin toplanıb Haaqaya göndərilməsini istəmişik. Bizim İran və Rusiya ilə Astana və Soçi ilə başlayan bir əməkdaşlığımız oldu. Bu əməkdaşlığın məqsədi atəşkəsi təmin etmək və siyasi prosesə töhfə verməkdir. Bu prosesdən də mühüm nailiyyətlər əldə etmişik. Bu prosesdə də iki ölkədən rejim məsələsində fərqli mövqeyimiz oldu. Fərqli düşünürük deyə, digər sahələrdəki əməkdaşlığımızı sona çatdırmalıyıq? O məsələdə əməkdaşlıq var deyə də, rejim məsələsindəki prinsipial mövqeyimizdən imtina edəcək deyilik. Bizim fərqli fikirlərimiz ola bilər, amma Rusiya ilə münasibətlərimiz Fransa prezidentinin ayıracağı qədər zəif deyil. Biz hər bir ölkə ilə əlaqələrimizi güclü tutmaq məcburiyyətindəyik”.
Müxalifət.az