​Makron Türkiyənin düşməni ilə GÖRÜŞDƏN İMTİNA ETDİ

Baxış sayı:
6178

Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşməsi nəzərdə tutulan kürd təmsilçilər arasında PYD lideri Saleh Müslümün də adı olub.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Saleh Müslüm Fransa Prezidenti Emmanuel Makronla görüşmək üçün paytaxt Paris şəhərinə gedib. Yelisey sarayındakı Yaxın Şərq məsələləri və daxili təhlükəsizlik üzrə müşavirlər Türkiyənin beynəlxalq axtarışa verdiyi Müslümü görüşün başlamasına 3 saat qalmış Makronla görüşəcək şəxslərin siyahısından çıxarıb. Qərar PYD lideri və görüşə qatılacaq kürdlərin narazılığına səbəb olub.
Qeyd edək ki, PYD lideri Saleh Müslüm Çexiyanın paytaxtı Praqa şəhərində saxlanılsa da, məhkəmə qərarı ilə azadlığa buraxılmışdı.