​Makron Tramp və Meylə danışdı: Suriya müzakirədə...

Baxış sayı:
1267

Fransa Prezidenti Emmanuel Makronla ABŞ Prezidenti Donald Tramp və İngiltərənin Baş naziri Tereza Mey arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Yelisey sarayından açıqlama verilib. Suriya məsələsinin müzakirə olunduğu telefon danışığı zamanı Makron ABŞ, İngiltərə və Fransa hərbi birləşmələri arasındakı yüksək səviyyəli iş birliyindən məmnun olduğunu bildirib.
Xatırladaq ki, ABŞ, Fransa və İngiltərə Suriyada rejimə məxsus hərbi obyektlərə zərbələr endirmişdi.