Makron terrorçularla görüşdü: Türkiyədən Fransaya sərt təpki

Baxış sayı:
9400

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Makronun terror təşkilatı YPG heyətiylə görüşməsinə sərt təpki göstərib. Edilən açıqlamada, "Terror təşkilatı uzantılarına legitimlik qazandırma təşəbbüsləri müttəfiq əlaqələriylə uyğun gəlməyən səhv bir addımdır" deyilib.
 
Xarici İşlər Nazirliyinin sözçüsü Hamid Aksoy Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı PKK-nın Suriya davamı PYD / YPG-nin təşkil etdiyi sözdə Suriya Demokratik Gücləri (SDG) heyətini qəbul etməsini pisləyib.
Aksoy "Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı PKK-nın Suriya davamı PYD / YPG-nin timsalında sözdə SDG heyətini qəbul etməsini pisləyirik. Terror təşkilatı uzantılarına süni hökumət legitimliyi qazandırmağa yönəlik bu təşəbbüs müttəfiqlik əlaqələriylə uyğun gəlməyən son dərəcə səhv bir addımdır" deyə bildirib.
Aksoy bunları qeyd edib:
"Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü hədəf alan gündəmlərin irəliləməsinə imkan verillməməsinin əhəmiyyətini və Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün lazım bildiyi tədbirləri almaqdan çəkinməyəcəyini təkrar xatırladırıq".
Müxalifət.az