Makron sərxoşkən danışınca, LAĞ OBYEKTİ OLDU

Baxış sayı:
3076

İçki içdikdən sonra Rusiya prezidenti Vladimir Putinlə bərabər olduğunu ifadə edən Fransa prezidenti Emmanuel Makron sosial mediada istehza mövzusu olub.
 
ABŞ-ın Böyük Britaniya və Fransa ilə birlikdə Suriyanı raketlərlə vurduğu əməliyyatın üzərindən günlər keçdi, ancaq mübahisələr hələ də bitmir. Xüsusilə əməliyyat mövzusunda edilən şərhlərdən çox sonra verilən bəyanatlar gündəmin ən çox müzakirə olunan mövzularındandır.
Və təbii ki Fransa prezidenti Emmanuel Makron da o mübahisələrin başında gəlir.
 
ÖZÜMÜ PUTİN İLƏ BƏRABƏR HİSS EDİRƏM
 
Qeyd edək ki, Makron, bazar günü bir radio proqramında iştirak edərək gündəmi dəyərləndirib. İddiaya görə, Makron müsahibədən sonra jurnalistlərlə birlikdə içki içib. Makronun içki içərkən "Mən artıq Putinlə bərabər səviyyədəyəm. Bundan başqa, Putin məni anlayır. Putinin bizim Suriyada olduğumuzu başa düşməsini təmin etmək üçün Suriyaya hücum etmə qərarı aldım" dediyini söyləyib.
Bu ifadələrin mətbuatda əks olunmasından sonra Makron, tənqidlərin hədəfinə çevrilib.
 
BÖYÜYÜB PUTİN OLACAQ
 
Xüsusi ilə sosial media üzərindən tənqidlərin hədəfi olan Makronun sözləri istehza mövzusu olub. "Böyüyəndə Putin olmağı istəyə bilər" sözləri  ilə Makron lağa qoyulub və sanki onunla bir sərxoş kimi davranılıb.
Müxalifət.az