Makron: Söz verirəm, İran heç vaxt buna sahib olmayacaq

Baxış sayı:
3490

İranla imzalanan nüvə razılaşmasından imtina edilməməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron ABŞ Konqresində çıxışı zamanı deyib.
“Ən azından yeni razılaşma olana qədər hazırki müqavilədən imtina etməməliyik. Mən söz verirəm ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq. Doğrudur, bu müqavilə bütün narahatlıqları və çatışmazlıqları həll etmir. Lakin yerinə daha məqbul razılaşma imzalanmayana qədər bu, qüvvədə qalmalıdır”, - deyə prezident bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp açıqlamasında İranla bir neçə il əvvəl imzalanan nüvə razılaşmasının gərəksiz olduğunu demişdi.