​MAKRON HİCABLI QADINLARI MÜDAFİƏ ETDİ

Baxış sayı:
7261

Fransa prezidenti Emmanuel Makron ölkəsində hicaba hörmət edilməsinin vacib olduğunu bildirib.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Makron jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, hicabın Fransada yasaq elan edilməsi inanclara qarşı hörmətsizlik olar:
 “Bu gün ölkəmizdə 4,5-6 milyon nəfər müsəlman yaşayır. Bu din bizim üçün yenidir. Tarixən Fransada katolik, protestant və yəhudilər yaşayıblar. Çoxsaylı vətəndaşlarımız bu yenilikdən qorxur. Ancaq birlik olmaq istəyiriksə hər kəsin dini etiqad azadlığını qəbul etməliyik”.
Makron qeyd edib ki, İslama qarşı fobiya radikal dindarlar tərəfindən hiss olunur. Jurnalistlərdən birinin “hicablı bir xanım görərkən nə hiss edirsiniz” sualına isə “ Hörmət edirəm” deyə cavab verib./modern.az/