Makron fransalı hərbi qüvvələrin göndərilməsi üçün Qərbi Afrika liderlərindən təsdiq istəyib

Baxış sayı:
3234

“Qərbi Afrika liderləri Fransanın hərbi varlığını istədiklərini və ehtiyac duyduqlarını açıq şəkildə bildirməlidirlər”.
Muxalifet.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu dünən Fransa prezidenti Emmanuel Makron deyib.

Qeyd edək ki, Fransa prezidenti Qərbi Afrikanın “G5 Sahel” adı ilə tanınan ölkələri - Mali, Burkina Faso, Çad, Niger və Mavritaniya ilə dekabrın 16-da terrorizmlə mübarizə mövzunusunu və fransalı hərbi qulluqçuların bölgədə fəaliyyətini müzakirə edəcək.
“Onlar bizim varlığımızı istəyirlər, bizə ehtiyac varmı? Bu barədə dəqiq cavablar istəyirəm”, - deyə Makron bildirib.
Muxalifet.az