​Makron: Belə bənzərlik məni beynimdən vurur

Baxış sayı:
2422

Yaşadığımız dövrün iki dünya müharibəsi arasındakı dövrə çox bənzəməsi məni sanki beynimdən vurur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. Milliyyətçilik hərəkatlarının cüzam xəstəliyinə bənzədiyini deyən Makron Avropada həmrəyliyi təmin etmək üçün çalışacağını bildirib:
“Avropa xarici güclərin təsiri ilə birlik və həmrəylik duyğusunu itirmə riski ilə qarşı-qarşıyadır. Bizi bölünmə təhlükəsi gözləyir. Tarixdən dərs çıxarmaq lazımdır. Milliyyətçilik hissləri qitəni 1930-cu illərə qaytaracaq. Qorxularla, milliyyətçilərlə və iqtisadi böhranın nəticələri ilə bölünən Avropada I Dünya müharibəsindən 1929-cu il böhranına qədər müşahidə olunan hər şey yenidən özünü göstərir".