Makron Avropa Birliyinə əsəbiləşdi: “Etimadımız bu yığıncaq ilə çirkləndi'

Baxış sayı:
4822

Fransanın prezidenti Emmanuel Makron Avropa Birliyinin əsas vəzifələrinin müəyyən olunmasında razılaşmaq üçün Brüsseldə reallaşdırılan yığıncaqlarda uzlaşmanın olmamasını tənqid edib.
 
Avropa Birliyinin Komissiya sədrliyi, Avropa Şurasının rəhbərliyi, Avropa Mərkəz Bankının sədri kimi əsas vəzifələrin müəyyən olunması üçün Brüsseldə keçirilən yığıncaqlarda uzlaşmanın əldə edilməməsi Fransa prezidenti Emmanuel Makronu qəzəbləndirib. Fasilə verilən və 2 iyulda 11.00 radələrində davam ediləcəyi bildirilən yığıncaqdan pərt vəziyyətdə çıxan Makron, "Avropanın ciddi imicini zədələyirik. Etimadımız bu yığıncaq ilə çirkləndi" deyib.
Rəhbərlik üçün bir neçə şəxsi müəyyənn etməkdə belə razılaşa bilməməkdən şikayət edən Makron, verilən qeyri ciddi və uzlaşmasız görünüşün Avropa Birliyinə zərərləri olacağını açıqlayıb. "Heç qərar verə bilməyən 28 şəxsdən ibarət bir klub ola bilmərik. Uzlaşmaq üçün daha çox  təsirli bir üsul istifadə edilməlidir" deyən Makron, AB-nin genişlədilməsi və yeni üzvlərin cəlb olunmasından bəhs edənləri tənqid edərək "Hələ də rəhbərlik mövzusunda belə aydınlıq yoxdur" deyib.
 
'Gizli gündəlik'
 
Ölkələrin öz mənfəətlərini güdməsi ilə yanaşı, içərilərindəki siyasi bölünməyə də uyğun bir qərar verməyə çalışdıqlarını söyləyən Makron, "Çox gizli gündəlik var" deyib və ölkələrin birliyin əvəzinə, daha fərdi maraqlar güdməsindən şikayət edib.
Makron "Fransa əvvəldən bəri hər kəs üçün qəbul edilə bilən bir qəlib tapmaq üçün çalışdı" deyib və "Bu uğursuzluğun masada yeri olmayan bölünmələrdən və fərdi mənfəətlərdən qaynaqlandığı açıqdır. Çox gizli gündəliyimiz olduğunda kollektiv dinamika yox idi" deyə şərh edib.
Yığıncaqda, bir ara uzlaşmaya sanki olduqlarını söyləyən Fransız lider, ancaq nəticəyə yönəlik heç cür səsvermə edilmədiyini söyləyib və çərşənbə axşamına qədər təxirə salınan yığıncağa hazırlıqlı gedəcəklərini paylaşıb.
Müxalifət.az