​Makron 24 apreli Fransada qondarma erməni soyqırım günü elan etdi

Baxış sayı:
7408

Fransa prezidenti Emmanuel Makron 24 aprel gününü Milli (qondarma) erməni soyqırım yaddaş günü elan edib.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Fransa dövlət başçısı bununla bağlı qərarını qatıldığı erməni təşkilatlarının koordinasiya şurasının iclasında açıqlayıb.
O, Fransanın Osmanlı imperiyasında ermənilərin guya kütləvi surətdə qətlə yetirildiyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb.
E.Makron, üstəlik, qondarma soyqırım haqqında qanunun 2001-ci ildə “uzun mübarizə və döyüşlərdən” sonra qəbul edildiyini söyləyib.
Xatırladaq ki, 24 aprelin qondarma erməni soyqırımı günü elan etmək barədə vədini Fransanın hazırkı dövlət açısı hələ seçkiqabağı kampaniya dövründə vermişdi.
Fransa Avropada ermənilərin ən çox yaşadığı (beş yüz min vətəndaş-red.) ölkə sayılır.