​Makqreqorla Nurməhəmmədov yenə “döyüşdü” - BU DƏFƏ...

Baxış sayı:
7270

İrlandiyalı döyüşçü Konor Makqreqorla dağıstanlı Həbib Nurməhəmmədovun ulduzu heç cür barışmır.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Makqreqor karyerasını bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına “Twitter” hesabında belə reaksiya göstərib:
“Sənin pulunu əlindən aldılar, mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar, balaca siçan. Tezliklə Las Veqasda böyük parti olacaq, balaca”.
Tezliklə Nurməhəmmədov ona cavab verib:
“Pul gəlib, gedəndir. Amma şərəf yox. Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən. Sən bununla yaşa. MMA karyeranı bitirməklə “Twitter”də karyerana başlamısan?”