​Makqreqor oktaqona qayıdacağı məkan və tarixə işarə vurdu

Baxış sayı:
202

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor “Twitter” hesabında növbəti döyüşünün tarixi və məkanını açıqlayıb.
O, dekabrın 14-də vətəni İrlandiyanın paytaxtı Dublində oktaqona qayıdacağına işarə vurub.

Conor McGregor

@TheNotoriousMMA
Dublin, December 14th.

43.4K
6:30 AM - Sep 16, 2019
Twitter Ads info and privacy
8,937 people are talking about this
Qeyd edək ki, Konor Makqreqor ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədova uduzduqdan sonra çıxış etməyib. O, Dastin Puaryeyə qalib gələrək çempionluq titulunu qoruyan Həbibi Moskvada döyüşə çağırıb.
Ancaq Nurməhəmmədovun amerikalı Toni Ferqyusonla görüşü daha inandırıcı görünür. Makqreqorun isə növbəti döyüşünün Castin Qetci ilə olacağı gözlənilir.