Makgregor Həbib və həyat yoldaşını təhqir etdi

Baxış sayı:
7660

Məğlubiyyəti qəbul edə bilməyən İrlandiyalı boksçu Makgregor bu dəfə çeçen boksçu Həbibi həyat yoldaşı ilə vurmağa çalışıb.
 
Dünyaca məşhur Makgregorla qəfəs döyüşündə görüşən Həbib Nurmagomedov dünyaya adını tanıtdırıb. Rusiya idmançısı matçda qələbə qazandıqdan sonra qəfəsdən atlayaraq İrlandiyalı boksçuya hücum edib. Matçdan sonra Həbib deyib: "Hər kəs qəfəsdən atladığımı söyləsə də, heç kim mənim dinimə və ailəmə söyənləri danışmır".
Bir ay sonra Makgregor bu hadisədən sonra özünə gəlib. Bütün bunlar Həbib Nurmagomedovun Makgregorun şübhəli boksdan getməsi barədə açıqlamasından sonra başlayıb. Həbib bu ifadələri işlədib: "Konor mən sənin boksu atdığına inanmıram. Konor “Mən səni tərk edirəm” deyib, sonra geri qayıdan qadınlara bənzəyir".
Bundan sonra qəzəblənən Makgregor Həbibin həyat yoldaşını alçaldan bir tveet atıb.
Ancaq səhvini anlayan Makgregor bu tweeti 15 dəqiqə sonra silib. Amma bu hərəkət xəbər saytlarına düşməsinə mane ola bilməyib. Bu xoşagəlməz  tweet-dən sonra İrlandiyalı boksçu daha bir paylaşıb: "Revanşla qarşılaşmaqdan qorxma, kiçik siçan. Sən həmişə əmrləri yerinə yetirirsən" dedi.
Qeyd edək ki, daha əvvəl Makgregor Nurmagomedovun atasını, ölkəsini və dinini təhqir etmişdi.
Müxalifət.az