​Makedoniyanın adı dəyişdiriləcək? - Rəsmi nəticələr

Baxış sayı:
3385

Makedoniyada referendumla bağlı keçirilən səsvermənin yekun nəticəsi açıqlanıb.
Dövlət Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, seçicilərin 36,91 faizi seçkidə iştirak edib. 1 milyon 806 min 336 seçicidən 666 min 743 nəfər səs verib. Ölkənin adının dəyişdirilməsinin lehinə 609 min 813 nəfər səs verib, 37 min 700 nəfər isə "yox" cavabı verib.
Səslərin 2,89 faizi yetərsiz sayılıb.