“Makdonalds”da qiymətlər bahalaşdı – Bütün məhsullar…

Baxış sayı:
5788

Məşhur restoranlar şəbəkəsində qiymət artımı müşahidə edilib

Bu barədə “AzPolitika.info”ya daxil olan məlumatda bildirilir. Məlumata görə, paytaxtın bir neçə məntəqəsində fəaliyyət göstərən məşhur restoranlar şəbəkəsi təklif etdiyi təamların qiymətini qaldırıb.
“Artıq bir neçə gündür bu restoranlarda qiymət artımı müşahidə edirik. Bütün məhsullar 0.50 – 0.70 AZN arasında bahalaşıb. Məsul şəxslər bahalaşmanın səbəbi barədə heç bir açıqlama verə bilmədilər”, deyə məlumatda bildirilir.
Apardığımız araşdırmaya görə, “Makdonalds” rəhbərliyinin məhsulların qiymət artımı barədə qərarı müştərilərlə yanaşı öz əməkdaşlarının da narazılığına səbəb olub. İşçilərin narazılığına səbəb isə, əməkhaqqlarının artırılmaması olub.