Mahsun Kırmızıgül Xanım Qafarovanın qızını da çəkdiyi filmi ilə Türkiyəni ağladacaq - VİDEO

Baxış sayı:
7144

Mahsun Kırmızıgülün rejissorluğu ilə real hadisələr əsasında çəkilən “Möcüzə aşk” filminin fraqmanı yayılıb. Publika.az xəbər verir ki, maraqla gözlənilən ekran işinin ikinci hissəsi yutub kanalında yerləşdirilib. Artıq uzun illərdir ki, müğənnilikdən uzaqlaşan məşhurun ssenarisi əsasında lentə alınan filmi gələn il martın birində nümayiş olunacaq. Layihədə Mert Turak, Fikret Kuşkan, Biran Damla Yılmaz, Erdal Özyağcılar, Şenay Gürler, Sinan Çalışkanoğlu, Mahsun Kırmızıgül, Melis Sezen, Levent Sülün, Deniz Oral, Sera Tokdemir, Deniz Özerman, Meray Ülgen, Suna Selen, Erol Aksoy, Metin Yıldız, Nazmi Kırık, Zekeriya Karakaş, Hakan Can Kargidanoğlu, Dilek Denizdelen, Berivan Kahraman, Berna Sülün ve Ali Sürmeli, Erol Demiröz, Meral Çetinkaya, Ayda Aksel və başqaları rol alıb. Ekran işi Türkiyənin Şərqində, bir dağ kəndində yaşayan əlil Əziz ilə görücü üsulu ilə evlənən Mızginin böyük sevgi həyatından bəhs edir. Birinci hissəsi 4 milyon insan tərəfindən izlənərək rekord qıran “Möcüzə” filminin davamında Mızgin və əri Əziz ailələrinə xəbər vermədən yaşadığı kəndi tərk edərək bilmədikləri bir dünyaya, qərbə doğru səyahətə çıxır. Qaranlıq, pis və qərəzli insanların hər yerdə mövcud olduğu dünyada bir-birinə olan sevgisi sayəsində ayaqda qalmağa çalışan Əziz və Mızgin zamanla həyata bağlanmağı, işləməyi və dostluğun əhəmiyyətini öyrənir. “Möcüzə Aşk 2” filmi Türkiyədə bu vaxta qədər işlənməmiş, fərqli və universal hekayədir. Ekran işinin fraqmanı dünən yayılsa da, artıq izlənmə rekordu qırıb. O indidən böyük maraq oyadıb. Rəylərdə qeyd olunub ki, ekran işinin dram səhnələri çoxlarını təsirləndirib. Layihədə mərhum əməkdar artist Xanım Qafarovanın qızı Gövhər də rol alıb. O, filmə tanınmıçş iş adamı Mübariz Mənsimovun dəstəyi ilə çəkilir. Xatırladaq ki, 2015-ci ildə çıxan “Möcüzə” filmi 600 milyondan çox baxış sayı toplayıb və 32 ölkəyə satılıb. Onun ikinci hissəsi isə Avropanın bir çox ölkələrində göstəriləcək.