​Mahnıya görə “Batabat”da qan tökdü

Baxış sayı:
4903

Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Akif Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi avqustun 20-də davam edəcək.
Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində yerləşən "Batabat" kafesində baş verib. Həmin kafedə A.Şükürov şən mahnı sifariş vermək üstündə Rufan Hüseynovla mübahisə edib. Mübahisə zamanı A.Şükürov onu ürək nahiyəsindən bıçaqla vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən saxlanılan A.Şükürov barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, A.Şükürov "Azərsu" ASC-də sürücü vəzifəsində çalışıb.