​Mahmud Abbas yenidən SƏDR SEÇİLDİ

Baxış sayı:
4090

Mahmud Abbas Fələstin Azadlıq Təşkilatına yenidən sədr seçilib.
Muxalifət.az xəbər verir ki, Fələstin Milli Şurasının Rəmallahda keçirilən iclasında Mahmud Abbas Fələstinin prezidenti seçilib. Bundan başqa Fələstin Azadlıq Təşkilatının idarə heyətinin üzvləri siyahısında dəyişiklik edilib.
İclasda Fələstin Azadlıq Təşkilatın Mərkəzi Komitəsinin 122 üzvünün də seçimləri yekdilliklə qəbul edilib.
Mahmud Abbas sözügedən iclasda çıxışı zamanı digər fələstinli qruplara Fələstin Azadlıq Təşkilatına qoşulmaq imkanı vermək üçün İdarə Heyəti üzvlərinin maksimum sayının 15 nəfərdən sonra məhdudlaşcağını bildirib. Əsasnaməyə görə, üzv sayı 18-ə qədər çatdırıla bilər.
Mahmud Abbas qeyd edib ki, ehtiyac olarsa, birlik üçün yeni üzvlərin qəbulunu keçirəcək.