​Mahir Mədətov anası və bacısı ilə FOTOSUNU PAYLAŞDI

Baxış sayı:
5371

Son günlərdə həyat yoldaşı Elnurədən rəsmi qaydada boşanmadan Samirə adlı vizajistlə yenidən evlənməyə hazırlaşan prodüser Anar Mədətovla bağlı xəbərlər səngimək bilmir. Muxalifet.az xəbər verir ki, yenicə ayrılan cütlüyün futbolçu oğlu Mahir Mədətov sosial şəbəkədə yeni foto paylaşıb. Fotoda anası Elnurə Mədətova və bacısı yer alıb. O fotoya ürək şərhini qoyub. Qeyd edək ki, Mahir anası və atası ayrıldıqdan sonra atasının soyadından çıxaraq Əmrəli soyadını götürüb.