​Mahal İsmayıloğlunun oğluna bəraət verilməsinə etiraz...

Prokurorluq Tural Sadıqovun barəsində olan hökmdən şikayət verib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Sadıqovun barəsində olan hökmdən prokurorluğun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Sadıqovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Lakin bununla razılaşmayan prokurorluq apellyasiya protesti verib.
T. Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.