​Mahaçqala merinin səlahiyyətləri şəhər başçısının müavininə tapşırıldı

Baxış sayı:
85

Murad Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinə müvəqqəti olaraq şəhər başçısı əvəzi təyin olunub. 
Muxalifet.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, o, hazırda merin müavini vəzifəsində çalışır.
Qeyd edək ki, bu həftə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan idarəsi bu il yanvar ayında mer Musa Musayev həbs ediləndən sonra həmin vəzifədə müvəqqəti işləyən Əbusüfyan Həsənova qarşı yol tikintisi ilə bağlı hərrac zamanı qanunsuz hərəkətlərinə görə xidmət vəzifələrinin aşması maddəsilə cinayət işi başlayıb. Nəticədə Ə.Həsənov saxlanılıb.