​Magistral kəmərdə sızma - Bakının bu ərazilərində qaz kəsildi

Baxış sayı:
4567

Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb: “Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub”.