Mağazaya basqın edən qrupun daha bir üzvü tutuldu

Baxış sayı:
4615

Bakıda mağazaya basqın edən qrupun daha bir üzvü tutulub. Məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Nərimanov rayonu ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Lənkəran rayon sakini Rasim Bəşirzadə saxlanılıb.