Mağazadan meyvə və yumurta oğurlayan 35 yaşlı şəxs saxlanıldı - BAKIDA

Baxış sayı:
5569

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Hadisə aprelin 1-i gecə saatlarında Nərimanov rayon F.Yusifov küçəsində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs mağazadan 454 manat dəyərində meyvə və yumurta oğurlayıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1985-ci il təvəllüdlü E.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.