Mağazadan 17 minlik oğurluq etdi - TUTULDU

 Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
 
Rayon ərazisindəki mağazalardan birindən 17.000 manat dəyərində santexnik əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Aydın Nəcəfov tutulub.