​Mağazada narkotik satan şəxs SAXANILDI

Baxış sayı:
4063

Şirvan şəhərində mağazada narkotik satan şəxs saxlanılıb.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Elvin Abduləzizov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq E.Abduləzizova məxsus mağazada baxış keçirilən zaman oradan 864,57 qram marixuana aşkar edilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.